Bakı. 8 iyun. REPORT.AZ/ Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib.
Divan üzvü Nemət Kərimlinin "Report"a verdiyi məlumata görə, iclasda qərarların icrası və görülən işlər barədə məlumat verilib.
"İclasda Müsavat Partiyası adından saxta arayış və vəsiqələrin verilməsi məsələsi müzakirə edilib. Qərara gəlinib ki, bu məsələ hüquqi müstəvidə həllini tapsın. Buna görə də Müsavat Partiyası Azərbaycandakı və Avropadakı məhkəmələrlə bu məsələlərə aydınlıq gətirəcək. Biz həmçinin partiya adından ayrı-ayrı şəxslərə verilən saxta arayışları Belçika