Milli Şuranın və Müsavat Partiyasının mitinq təşkilatçılarına xəbərdarlıq olunub

Milli Şuranın və Müsavat Partiyasının mitinq təşkilatçılarına xəbərdarlıq olunub Onlar BŞBPİ-nin rəis müavini Səhlab Bağırovla görüşüblər
Daxili siyasət
16 Sentyabr , 2016 17:49
Milli Şuranın və Müsavat Partiyasının mitinq təşkilatçılarına xəbərdarlıq olunub

Bakı. 16 sentyabr. REPORT.AZ/ Milli Şuranın sentyabrın 17-də keçiriləcək mitinqinin təşkilatçıları Eldəniz Quliyev və Vahid Məhərrəmov çağırış əsasında Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) olublar.

E.Quliyev "Report"a açıqlamasında deyib ki, BŞBPİ-nin rəis müavini Səhlab Bağırov onları qəbul edib.

S.Bağırov Milli Şuranın sentyabrın 17-də saat 15:00-dan 17:00-dək Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) keçirəcəyi mitinqlə bağlı təşkilatçılara xəbərdarlıq edib.

Bildirilib ki, mitinqin keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, asayişi poza biləcək addımların atılmasına imkan verilməyəcək.

Müsavat Partiyasının da sentyabrın 18-də, saat 15:00-dan 17:00-dək keçiriləcək mitinqinin təşkilatçıları Gülağa Aslanlı, Elman Fəttah və Səxavət Soltanlı Bakı Şəhər Baş Polis İdarəsində olublar.

Müsavat Partiyası başqanının müavini Elman Fəttah "Report"a açıqlamasında deyib ki, onlar BŞBPİ-nin rəis müavini Səhlab Bağırovla görüşüblər. Görüş zamanı S.Bağırov mitinqlə bağlı təşkilatçılara xəbərdarlıq edib.

Mitinqlərin təşkilatçıları da hər şeyin razılaşdırıldığı kimi olacağını söyləyiblər.

Son xəbərlər

Orphus sistemi