​Milli Şuranın mitinqinin vaxtı dəyişdirilib

​Milli Şuranın mitinqinin vaxtı dəyişdirilib Aksiya noyabrın 10-da deyil, 9-da keçiriləcək
Daxili siyasət
7 Noyabr , 2014 12:38
Bakı. 7 noyabr. REPORT.AZ/ Demokratik Qüvvələrin Milli Şurasının noyabrın 10-da keçirəcəyi mitinqin vaxtı dəyişdirilib.

Bu barədə "Report" Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı məlumat verib. O bildirib ki, aksiya noyabrın 9-da keçiriləcək.

F.Qəhrəmanlı aksiyanın vaxtının dəyişdirilməsini Milli Şura ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında baş verən anlaşılmazlıqla izah edib. "Beləliklə, aksiya noyabrın 10-da deyil, 9-da keçiriləcək" - deyə, F.Qəhrəmanlı əlavə edib.

Son xəbərlər

Orphus sistemi