​Milli Şura mitinq keçirilməsinə yer ayrılması üçün BŞİH-ə müraciət edib

​Milli Şura mitinq keçirilməsinə yer ayrılması üçün BŞİH-ə müraciət edib Gözəl Bayramlı: "Hansısa siyasi partiyaya dəvət göndərilməyib"
Daxili siyasət
1 Noyabr , 2014 11:08
​Milli Şura mitinq keçirilməsinə yer ayrılması üçün BŞİH-ə müraciət edib
Bakı. 1 noyabr. REPORT.AZ/ Milli Şura Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsu" stadionu) mitinq keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) rəsmi qaydada müraciət edib.

Bu barədə "Report" Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı məlumat verib. O bildirib ki, Milli Şura mitinqi 10 noyabr tarixinə təyin edib: "Sonuncu mitinqdə səsləndirdiyimiz şüarlardan istifadə edəcəyik".

G.Bayramlı mitinqdə iştirak etmək üçün digər siyasi partiyalara dəvət göndərilmədiyini də əlavə edib.

Qeyd edək ki, Milli Şura sonuncu mitinqini oktyabrın 12-də keçirib.

Son xəbərlər

Orphus sistemi