​Milli Şura Bakıda mitinq keçirib

​Milli Şura Bakıda mitinq keçirib Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər və hazırkı rəhbərliyi də aksiyada iştirak etməyiblər
Daxili siyasət
9 Noyabr , 2014 16:59
​Milli Şura Bakıda mitinq keçirib

Bakı. 9 noyabr. REPORT.AZ/ Demokratik Qüvvələrin Milli Şurası keçmiş “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmış mitinq keçirib.

“Report”un məlumatına görə, mitinqə Milli Şura üzvləri və vətəndaş cəmiyyətinin nümayəndələri qatılıblar. Aksiyada AXCP sədri Əli Kərimli, AXCP-nin sədrinin müavini Fuad Qəhrəmanlı, Milli Şuranın sədri Cəmil Həsənli, hüquq müdafiəçisi Vidadi Mirkamal çıxış edib.
Milli Şurada təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) mitinqə qatılmayıb.
Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər və hazırkı rəhbərliyi də aksiyada iştirak etməyiblər. Amma Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu, Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli, partiyanın məclis üzvü Vurğun Əyyub aksiyaya qatılıb.
Mitinq insidentsiz başa çatıb.

Son xəbərlər

Orphus sistemi