​Milli Şura Bakıda növbəti mitinqini keçirib

​Milli Şura Bakıda növbəti mitinqini keçirib Yasamal rayonu ərazisində baş tutan aksiyada bir nəfər saxlanılıb
Daxili siyasət
5 Aprel , 2015 17:27
​Milli Şura Bakıda növbəti mitinqini keçirib

Bakı. 5 aprel. REPORT.AZ/ Bu gün Demokratik Qüvvələrin Milli Şurası Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmış mitinq keçirib.

“Report”un məlumatına görə, Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) keçirilən aksiyada Milli Şuranın üzvləri ilə yanaşı, digər bəzi müxalifyönlü siyasi qurumların da nümayəndələri iştirak ediblər.

Son qiymət artımına etiraz əlaməti olaraq keçirilən mitinqdə Milli Şuranın sədri Cəmil Həsənli, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, AXCP sədrinin müavini Nürəddin Məmmədli, Milli Şuranın üzvləri Gültəkin Hacıbəyli, Namizəd Səfərov çıxış edib.

Mitinqdə BŞİH ilə razılaşdırılmış şüarlardan başqa şüarlar səsləndirildiyinə görə bir nəfər saxlanılıb. Milli Şuranın Mitinq Komitəsinin sədri Fuad Qəhrəmanlıya da xəbərdarlıq edilib.

Son xəbərlər

Orphus sistemi