Milli Şura Bakıda mitinq keçirib

Milli Şura Bakıda mitinq keçirib Aksiya insidentsiz başa çatıb
Daxili siyasət
17 Sentyabr , 2016 16:54
Milli Şura Bakıda mitinq keçirib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Demokratik Qüvvələrin Milli Şurası Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) mitinq keçirib.

"Report"un xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmış mitinqə Milli Şura və digər müxalifyönümlü təşkilatların nümayəndələri qatılıb.

Aksiyada Milli Şurada təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, Koordinasiya Mərkəzinin üzvləri İbrahim İbrahimli, Rövşən Əhmədli, AXCP-nin sədr müavini Gözəl Bayramlı çıxış ediblər. Onlar çıxışlarında hakimiyyəti tənqid ediblər.

Sonda mitinqin qətnaməsi oxunub.

Aksiya insidentsiz başa çatıb. 

Son xəbərlər

Orphus sistemi