​Milli Şura Bakıda mitinq keçirib

​Milli Şura Bakıda mitinq keçirib Aksiya insidentsiz başa çatıb
Daxili siyasət
15 Mart , 2015 17:06
​Milli Şura Bakıda mitinq keçirib

Bakı. 15 mart. REPORT.AZ/ Bu gün Demokratik Qüvvələrin Milli Şurası Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmış mitinq keçirib.

“Report”un məlumatına görə, Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) keçirilən aksiyada Milli Şuranın üzvləri ilə yanaşı, digər bəzi müxalifyönlü siyasi qurumların da nümayəndələri iştirak ediblər.

Aksiyada Milli Şuranın sədri Cəmil Həsənli, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Milli Şuranın Koordinasiya Şurasının üzvü Rövşən Əhmədli çıxış edib.

Onlar çıxışlarında qiymət artımını tənqid edib. Sonda mitinqin qətnaməsi oxunub.

Aksiya insidentsiz başa çatıb.

Son xəbərlər

Orphus sistemi