​Milli Məclisin plenar iclası başlayıb

​Milli Məclisin plenar iclası başlayıb İclasın gündəliyinə 9 məsələ daxildir
Daxili siyasət
15 Aprel , 2016 11:02
​Milli Məclisin plenar iclası başlayıb

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb.

"Report"un xəbərinə görə, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 9 məsələ daxildir.

İclasda Mərkəzi Seçki Komissiyasının tərkibi təsdiq ediləcək. Bundan başqa, Hesablama Palatasının hesabatı dinləniləcək.

Həmçinin, "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair" saziş təsdiq ediləcək, "Sosial sığorta haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Psixiatriya yardımı haqqında" qanununda, İnzibati Xətalar Məcəlləsində, Mülki Prosessual Məcəlləsində dəyişiklik layihələri müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi