Milli Məclisin plenar iclası başlayıb

Milli Məclisin plenar iclası başlayıb Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə dörd məsələnin müzakirəsi daxil edilib
Daxili siyasət
18 Mart , 2016 12:02
Milli Məclisin plenar iclası başlayıb

Bakı. 18 mart. REPORT.AZ/ Milli Məclisin növbəti plenar iclası başlayıb. "Report"un məlumatına görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə dörd məsələnin müzakirəsi daxil edilib.

O.Əsədov imzaladığı əvf sərəncamı ilə bayramqabağı 148 ailəni sevindirdiyinə görə parlament adından Prezident İlham Əliyevə təşəkkür edib.
İclasda əvvəlcə "Nüvə materialının fiziki mühafizəsi haqqında" Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə" qanun layihəsinə baxılacaq. Həmçinin, Cinayət Məcəlləsində dəyişikliklər edilməsi və "Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında" qanun layihəsinin müzakirəsi nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi