Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərindən ikisi dəyişdirilir

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərindən ikisi dəyişdirilir Məsələ Milli Məclisin sabahkı iclasında müzakirəyə çıxarılacaq
Daxili siyasət
5 Mart , 2015 16:54
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərindən ikisi dəyişdirilir

Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərindən ikisi dəyişdirilir. 

"Report" xəbər verir ki, "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" qərarda dəyişiklik edilməsi təklif olunur.

Belə ki, Xanlar Fətiyev Azərbaycan-Avstraliya, İmamverdi İsmayılovun isə Azərbaycan-Kolumbiya parlamentlərarası işçi qrupunun rəhbərləri vəzifəsinə seçilməsi təklif edilir.

Məsələ Milli Məclisin sabahkı iclasında müzakirəyə çıxarılacaq

Xatırladaq ki, Xanlar Fətiyev Azərbaycan-Kolumbiya, İmamverdi İsmayılov isə Azərbaycan-Avstraliya parlamentlərarası işçi qrupunun rəhbəridir.

Son xəbərlər

Orphus sistemi