Milli Məclisin növbəti plenar iclası başlayıb

Milli Məclisin növbəti plenar iclası başlayıb İclasa spikerliyi Ziyafət Əsgərov edir
Daxili siyasət
4 Dekabr , 2015 12:01
Milli Məclisin növbəti plenar iclası başlayıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Milli Məclisin növbəti plenar iclası başlayıb. "Report" xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun spikerliyi ilə keçirilən iclasın gündəliyinə 7 məsələnin müzakirəsi daxil edilib.

İclasda yeni "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılacaq. Eyni zamanda, bir neçə qanun layihələrinə dəyişiklik edilməsi nəzərdə tutulur. Bura "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında", "Dini etiqad azadlığı haqqında", "Polis haqqında" qanunları aiddir.

İclasda, həmçinin Cinayət və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər ediləcək.

Gündəliyə salınan sonuncu məsələ isə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik edilməsidir. 

Son xəbərlər

Orphus sistemi