Milli Məclisin növbəti plenar iclası başlayıb

Milli Məclisin növbəti plenar iclası başlayıb İclasın gündəliyinə 6 məsələnin müzakirəsi daxil edilib
Daxili siyasət
23 Fevral , 2016 12:05
Milli Məclisin növbəti plenar iclası başlayıb

Bakı. 23 fevral. REPORT.AZ/ Milli Məclisin növbəti plenar iclası başlayıb. "Report"un məlumatına görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 6 məsələnin müzakirəsi daxil edilib.

İclasda "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında", "Polis haqqında" qanunlara dəyişiklik edilməsi layihələri müzakirə olunacaq.

İclasda həmçinin Ziyafət Əsgərovun Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi məsələsinə də baxılacaq. 

Bundan başqa, Milli Məclis tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazı barədə və "Elm haqqında" qanun layihəsinin (ikinci oxunuş) müzakirəyə çıxarılması da nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi