Bakı. 6 may. REPORT.AZ/ Milli Məclisin növbəti plenar iclası başlayıb.
"Report"un xəbərinə görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 16 məsələnin müzakirəsi daxil edilib.
İclasda ilk olaraq Ali Məhkəmə hakimlərinin və R.Ə.Ağayevin Şirvan apellyasiya məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılacaq.
Daha sonra Azərbaycanla bir neçə ölkə arasında imzalanan sazişlərin təsdiq edilməsi, eləcə də Miqrasiya, Vergilər, Cinayət, İnzibati Xətalar məcəllələrinə, həmçinin "Sosial sığorta haqqında", "Gömrük tarifi haqqında", "Sığorta fəaliyyəti haqqında" və "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" (ikinci oxunuş) qanun layihələrinə baxılması nəzərdə tutulub.