Milli Məclisin komitə sədri: "Bakıda bir küçəni elə mühasirəyə alırlar ki, heç 41-45-in müharibəsində də belə olmayıb"

Milli Məclisin komitə sədri: "Bakıda bir küçəni elə mühasirəyə alırlar ki, heç 41-45-in müharibəsində də belə olmayıb" ""İntellektual idarəetmə" adı altında avtobuslar arasında intervallar tez-tez pozulur"
Daxili siyasət
12 Fevral , 2016 14:07
Milli Məclisin komitə sədri: Bakıda bir küçəni elə mühasirəyə alırlar ki, heç 41-45-in müharibəsində də belə olmayıb

Bakı. 12 fevral. REPORT.AZ/ "Bu gün ölüm hadisələrinin çoxu avtobuslarda, avtobus qəzalarında olur. Bu da sürücülərin daxili qayda-qanunları lazımi səviyyədə bilməməsindən irəli gəlir. İndi elə sürüclər var ki, onlar avtobuslarda söyüş söyür, siqaret çəkir, hətta telefonla da danışırlar. Ona görə də qanunvericilikdə bu məsələlərlə bağlı müddəalar daha da təkmilləşdirilməlidir". "Report"un məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov parlamentin plenar iclasında deyib.

"Elə insan var ki, qatardan Bakıya düşən kimi avtomobil idarə etmək üçün lisenziya alıb sürücülük edir. Yolu tanımır və hansısa yol hərəkəti qaydaları ilə bağlı nişanları bilmir. Nəticə etibarı ilə də həmin sürücü yol qəzalarına şərait yaratmış olur. Naxçıvan Muxtar Respublikasında ayda bir dəfə həm avtobus, həm də taksi sürücülərini Dövlət Avtomobil Müfəttişliyi toplayır. Xəritələri çıxararaq onlara verirlər ki, hansı yolda təmir gedəcək, bu, nə qədər davam edəcək və s. Bakıda isə səhər gedib axşam qayıdanda görürsən ki, yolun ortasında beton parçası qoyulub. Bu da insanların bütün əsəblərini korlayır.

Hətta bir küçəni elə mühasirəyə alırlar ki, heç 41-45-in müharibəsində belə mühasirə olmayıb. Bunu qabaqcadan sürücələrə elan etmək lazımdır. "İntellektual idarəetmə" adı altında avtobuslar arasında intervallar tez-tez pozulur. Bu məsələlərə də diqqət etmək lazımdır.

Sürücülərin yolları tanımaması da başqa problemdir. Bir də baxırsan ki, yolda yuxu səni tutur və ayılanda tamam başqa yerdə olursan. Ona görə də bu məsələlərə ciddi nəzarət olmalıdır", - komitə sədri vurğulayıb.

Spiker Oqtay Əsədov onun çıxışına zarafatla münasibət bildirib: "Bir də baxırsan ki, səni oğurladılar. Ümumilikdə götürdükdə isə səsləndirdiyiniz məsələlər diqqət olunması işlərdir". 

Son xəbərlər

Orphus sistemi