​Milli Məclisin buraxılması səlahiyyətinin Azərbaycan Prezidentinə verilməsi təklif olunur

​Milli Məclisin buraxılması səlahiyyətinin Azərbaycan Prezidentinə verilməsi təklif olunur Azərbaycan Konstitusiyasına yeni maddə əlavə olunması nəzərdə tutulur
Daxili siyasət
18 İyul , 2016 20:56
​Milli Məclisin buraxılması səlahiyyətinin Azərbaycan Prezidentinə verilməsi təklif olunur

Bakı. 18 iyul. REPORT.AZ/ Milli Məclisin buraxılması səlahiyyətinin Azərbaycan Respublikası Prezidentinə verilməsi təklif olunur. 

"Report"un məlumatına görə, bu barədə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə imzaladığı sərəncamda qeyd edilib.

Sənədə əsasən, Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Prezidentin təqdimatına əsasən Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisi buraxır. 

Son xəbərlər

Orphus sistemi