Milli Məclisdə Binəqədi rayon bələdiyyəsinin üzvləri ilə görüş keçirilib

Milli Məclisdə Binəqədi rayon bələdiyyəsinin üzvləri ilə görüş keçirilib "Bələdiyyələrlə bağlı hesabatlarda müsbət fikirlərin çoxluq təşkil etməsini istəyirik"
Daxili siyasət
12 Fevral , 2016 16:48
Milli Məclisdə Binəqədi rayon bələdiyyəsinin üzvləri ilə görüş keçirilib

Bakı. 12 fevral. REPORT.AZ/ Milli Məclisdə Binəqədi rayon bələdiyyəsinin üzvləri ilə görüş keçirilib.

"Report"un məlumatına görə, görüş "Parlamentdə bir gün" layihəsi çərçivəsində baş tutub.

Milli Məclisin sədr müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, son 10 ildə ictimai müzakirələr, dinləmələr vətəndaşlar üçün açıq şəkildə həyata keçirilir: "Bələdiyyələrlə bağlı hesabatlarda müsbət fikirlərin çoxluq təşkil etməsini istəyirik. Amma müxtəlif sahələrdə olduğu kimi, burada da müəyyən problemlər var. Ona görə də əsas diqqəti bu problemlərə və onun həlli yollarına yönəltməli oluruq. Biz çoxtərəfli layihələrlə, aidiyyəti qurumların, eləcə də bələdiyyələrin özlərinin səyləri nəticəsində bu problemlərin aradan qaldırılmasına çalışacağıq".

Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva qeyd edib ki, Binəqədi rayonunda 5 bələdiyyə fəaliyyət göstərir: "Ötən il Binəqədi bələdiyyələri üçün məhsuldar keçib. Ötən il həm də vergi yığımlarında qanedici nəticə əldə etmişik. Hər 5 bələdiyyə 2015-ci ildə vergini nağdlaşdırmaq baxımından ötən illərlə müqayisədə 30-40 faiz artım nümayiş etdirib. Əgər 2014-cü ildə Binəqədi qəsəbəsində 230 min manat vergi yığılmışdısa, bu rəqəm ötən il dotasiya ilə birlikdə 469 min manat təşkil edib".

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə isə deyib ki, Binəqədi rayonunda bələdiyyə üzvlərindən 19-u qadındır: "Bu da olduqca yaxşı haldır. Kişilər hərdən düşünürlər ki, bütün işləri həll edən, məhz onlardır. Ancaq qadınların əməyini unutmaq olmaz. Ona görə də qadınların bu sahədə imkanları daha böyükdür. Binəqədidəki bələdiyyələr haqqında az da olsa məlumatım var. Bilirəm ki, orada vergi yığımı ötən il üçün qənaətbəxş olub".

Son xəbərlər

Orphus sistemi