Milli Məclis Vergi Məcəlləsinə dəyişiklik edib

Milli Məclis Vergi Məcəlləsinə dəyişiklik edib Vergi orqanları maliyyə sanksiyalarının hesabına büdcədənkənar fond yaradır
Daxili siyasət
14 İyun , 2016 15:11
Milli Məclis Vergi Məcəlləsinə dəyişiklik edib

Bakı. 14 iyun. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik edilməsi müzakirə olunub.

“Report”un məlumatına görə, dəyişikliyə əsasən vergi orqanları işçilərinin sosial müdafiəsi, o cümlədən vergi orqanlarının maddi texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50%-i hesabına bu orqanların büdcədənkənar fondu yaradılır.

Hazırda isə bu rəqəm 25%-dir.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi