​Milli Məclis siyasi partiyalara MSK-da təmsil olunacaq üzvlərinin müəyyənləşdirilməsi üçün müraciət edib

​Milli Məclis siyasi partiyalara MSK-da təmsil olunacaq üzvlərinin müəyyənləşdirilməsi üçün müraciət edib Məsələ parlamentin aprelin 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq
Daxili siyasət
8 Aprel , 2016 11:09
​Milli Məclis siyasi partiyalara MSK-da təmsil olunacaq üzvlərinin müəyyənləşdirilməsi üçün müraciət edib

Bakı. 8 aprel. REPORT.AZ/ Milli Məclis siyasi partiyalara Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil olunacaq üzvlərinin müəyyənləşdirilməsi üçün müraciət edib.

"Report"un xəbərinə görə, partiyalar, habelə bitərəf deputatlar MSK-da təmsil olunacaq üzvlərini müəyyənləşdirdikdən sonra təkliflər siyahısını Milli Məclisə təqdim edəcəklər.

Məsələ Milli Məclisin aprelin 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, MSK-nın hazırkı tərkibi 2010-cu ildə keçirilən parlament seçkilərindən sonra formalaşdırılıb, tərkibi 18 üzvdən ibarətdir. Komissiya üzvlərini Milli Məclisdə təmsil olunan siyasi partiyaların və bitərəf deputatların irəli sürdüyü namizədlər əsasında Milli Məclis təsdiqləyir.

MSK-nın hazırkı tərkibinə Məzahir Pənahov (sədr), Natiq Məmmədov (sədr müavini), Arifə Muxtarova (katib), Mikayıl Rəhimov (katib), üzvlər Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərov, Bəxşeyiş Əsgərov, Almas Qəhrəmanlı, Akif Qurbanov və Etibar Quliyev daxildir.

Son xəbərlər

Orphus sistemi