Milli Məclis polislərə əlavə səlahiyyətlərin verilməsi ilə bağlı layihəni təsdiqləyib

Milli Məclis polislərə əlavə səlahiyyətlərin verilməsi ilə bağlı layihəni təsdiqləyib "Polis haqqında" qanuna dəyişiklik edilib
Daxili siyasət
4 Dekabr , 2015 15:03
Milli Məclis polislərə əlavə səlahiyyətlərin verilməsi ilə bağlı layihəni təsdiqləyib

Bakı. 4 dekabr. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında "Polis haqqında" qanuna təklif edilən dəyişiklik layihəsi müzakirə olunub. "Report" xəbər verir ki, layihə səsverməyə çıxarılaraq qəbul olunub.

Qəbul olunan layihəyə əsasən, Azərbaycanda polislər fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqindən terrorçuluq və ya dini ekstremizm, yaxud dövlət konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda da istifadə edə biləcək.

Son xəbərlər

Orphus sistemi