Bakı. 15 aprel. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin seçilməsi məsələsi müzakirəyə çıxarılıb.
"Report"un xəbərinə görə, parlamentin spikeri Oqtay Əsədov deyib ki, MSK-nın tərkibi 18 nəfərdən ibarətdir. Onlardan 6 nəfəri Milli Məclisdə çoxluq təşkil edən, 6 nəfəri azlıq təşkil edən, 6 nəfəri isə bitərəf deputatların təmsilçiləridir.
Millət vəkillərinin çıxışlarından sonra MSK-nın yeni tərkibi səsverməyə çıxarılaraq təsdiqlənib.
Siyahıda Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, Məzahir Pənahov, İlham Məmmədov, Natiq Məmmədov, Arifə Muxtarova, Nizami Nadirov, Qabil Orucov, Azər Tağıyev, Bəxşeyiş Əsgərov, Etibar Quliyev, Mikayıl Rəhimov, Tofiq Həsənov, Almas Qəhrəmanlı və İlkin Şahbazovun adı var.