Milli Məclis deputatlarının məzuniyyəti başa çatıb

Milli Məclis deputatlarının məzuniyyəti başa çatıb Deputatlara məzuniyyətdə olduğu zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət verilib
Daxili siyasət
31 Avqust , 2015 09:25
Milli Məclis deputatlarının məzuniyyəti başa çatıb

Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin deputatlarının məzuniyyəti başa çatıb. "Report" xəbər verir ki, MM-in Daxili Nizamnaməsinə əsasən, iyulun 15-də başlayan tətil avqustun 30-da yekunlaşıb.

"Deputatın statusu haqqında" qanuna əsasən, deputatlara məzuniyyətdə olduğu zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət verilib. Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3825 manat, sədrin birinci müavini 4050 manat, sıravi deputatlar isə 3150 manat müavinət alıb.

Milli Məclisin payız sessiyası işinə sentyabrın 30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi