Milli Məclis Azərbaycanla bir sıra ölkələr arasındakı sazişləri təsdiqləyib

Milli Məclis Azərbaycanla bir sıra ölkələr arasındakı sazişləri təsdiqləyib Azərbaycanla İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamə təsdiq edilib
Daxili siyasət
30 Dekabr , 2014 12:33
Milli Məclis Azərbaycanla bir sıra ölkələr arasındakı sazişləri təsdiqləyib

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin bu gün keçirilən sonuncu plenar iclasında Azərbaycanla bir sıra ölkələr arasında sazişlər təsdiq edilib. "Report" xəbər verir ki, ilk öncə "Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında təhlükəsizlik məsələləri üzrə əməkdaşlığa dair" Saziş səsə qoyularaq təsdiq edilib.

Daha sonra "Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması layihəsi üzrə" Kredit Sazişi müzakirə edilib. Müzakirələrdən sonra saziş Milli Məclis üzvləri tərəfindən təsdiqlənib.

Bundan əlavə, Azərbaycanla İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamə təsdiq edilib.

Daha sonra "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarının nizamlanması və sahillərinin mühafizəsi tədbirləri üzrə əməkdaşlıq haqqında" Memorandumu təsdiqlənib.

İclasda, həmçinin Avropa Şurasının immunitet və imtiyazları haqqında Baş Sazişə dair Altıncı Protokolun təsdiq edilməsi, Azərbaycan Prezidentinin və Bolqarıstan Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi, "Azərbaycan Respublikası ilə Malayziya arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında" Birgə Bəyannamənin təsdiq edilməsi, "Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə Səlahiyyətli Nümayəndələrin Dövlətlərarası Şurası arasında onun Azərbaycan ərazisində yerləşməsi şərtləri haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihələrinə baxılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi