Millət vəkili mobil operatoru məhkəməyə verəcək

Millət vəkili mobil operatoru məhkəməyə verəcək "Biz dəfələrlə bu məsələni Milli Məclisdə qaldırmışıq"
Daxili siyasət
3 Aprel , 2015 12:46
Millət vəkili mobil operatoru məhkəməyə verəcək

Bakı. 3 aprel. REPORT.AZ/ Millət vəkili Elmira Axundova "Bakcell"i məhkəməyə verəcək. “Report” xəbər verir ki, o, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.

Millət vəkili qeyd edib ki, gün ərzində mobil telefonuna aldadıcı və reklam xarakterli smslər gəlir: “Bunların çoxu aldadıcı xarakterlidir və insanların cibini soymaq məqsədi güdür. Biz dəfələrlə bu məsələni Milli Məclisdə qaldırmışıq. Mobil operatorlara bu barədə məlumat vermişik. Amma onlar tərəfindən heç bir tədbir görülmür. Təkcə mən yox, bütün abunəçilər bundan narazılıq edirlər”.

E. Axundova ilk öncə "Bakcell"dən xahiş, sonra isə tələb etdiyini vurğulayaraq əlavə edib ki, bu cür mesajların yayılmasına son verilməlidir: “Həmin abunəçilərin müdafiəçisi kimi, "Bakcell"i məhkəməyə verəcəm”, o qeyd edib.

Son xəbərlər

Orphus sistemi