Məzahir Pənahov: “Siyasi partiyaların fəaliyyəti şəffaf olmalıdır”

Məzahir Pənahov: “Siyasi partiyaların fəaliyyəti şəffaf olmalıdır” “Səviyyə baxımından partiyaların hamısı eyni deyil”
Daxili siyasət
7 İyun , 2016 10:15
Məzahir Pənahov: “Siyasi partiyaların fəaliyyəti şəffaf olmalıdır”

Bakı. 7 iyun. REPORT.AZ/ “Sivil dünyada hakimiyyət seçki yolu formalaşdırılmalıdır. Buna görə də siyasi partiyaların rolu çox önəmlidir”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Siyasi partiyaların maliyyələşdirilməsində şəffaflıq: siyasi partiyaların maliyyə hesabatlarının təqdim edilməsi” mövzusunda keçirilən seminarda deyib.

O bildirib ki, siyasi partiyaların fəaliyyəti ciddi əhəmiyyət kəsb edir: “Azərbaycan müstəqillik əldə etdikdən sonra siyasi partiyalar yarandı. Bu, təbiidir. Hazırda 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Təbii ki, səviyyə baxımından hamısı eyni deyil. Burada qəbahət yoxdur. Partiyalarla qarşılıqlı təmasda olan dövlət qurumlardan MSK ön sıradır”.

Onun sözlərinə görə, siyasi partiyaların fəaliyyəti şəffaf olmalıdır: “Hakimiyyət uğrunda mübarizədə bu, önəmli məsələdir. Bəzi məsələlərdə xalqın marağından çıxış etmək lazımdır, xalqın prinsipləri əsasında fəaliyyət göstərmək lazımdır. Bu, ona görədir ki, xarici qüvvələr ölkə daxilindəki proseslərə təsir göstərə bilməsinlər”.

Son xəbərlər

Orphus sistemi