Azərbaycanda deputatlığa namizədlərin irəli sürülməsi kampaniyası başlayıb - YENİLƏNİB

Azərbaycanda deputatlığa namizədlərin irəli sürülməsi kampaniyası başlayıb - YENİLƏNİB Təbliğat-təşviqat kampaniyasına oktyabrın 9-da start veriləcək və oktyabrın 31-i saat 08:00-dək davam edəcək
Daxili siyasət
29 Avqust , 2015 14:38
Azərbaycanda deputatlığa namizədlərin irəli sürülməsi kampaniyası başlayıb - YENİLƏNİB

Bakı. 29 avqust. REPORT.AZ/ MSK-nın təsdiqlədiyi Təqvim Planına əsasən, deputatlığa namizədlərin irəli sürülməsi prosesi avqustun 29-dan başlayır. Namizədin qeydə alınması üçün lazım olan seçki sənədləri sentyabrın 12-dən oktyabrın 2-si saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir. 

Məzahir Pənahov deyib ki, parlament seçkiləri dövründə seçkiqabağı təbliğat-təşviqat kampaniyasının aparılmasına oktyabrın 9-da start veriləcək. Kampaniya oktyabrın 31-i saat 08:00-da dayandırılmalıdır.

*** 14:20

"Prezident İlham Əliyevin imzaladığı sərəncamdan sonra Mərkəzi Seçki Komissiyası dərhal qanunun tələb etdiyi addımları atmalıdır".

"Report" xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov deyib. 

“Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə hərəkət və tədbirlərin Təqvim Planı”nın təsdiq edilməsi üçün keçirilən iclasda çıxış edən M.Pənahov bildirib ki, artıq MSK müvafiq işlərin icrasına başlayıb.

O qeyd edib ki, iclasın gündəliyinə daxil olan məsələlər və qəbul olunacaq sənədlər seçkinin keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla parlament seçkiləri 2015-ci il noyabrın 1-nə təyin edilib.

Son xəbərlər

Orphus sistemi