Məzahir Pənahov Mərkəzi Bankın sədrinə müraciət edəcək

Məzahir Pənahov Mərkəzi Bankın sədrinə müraciət edəcək MSK sədri: "Deputatlığa namizəd olacaq şəxslər üçün hesablar Beynəlxalq Bankın filiallarında açılmalıdır"
Daxili siyasət
8 Sentyabr , 2015 16:44
Məzahir Pənahov Mərkəzi Bankın sədrinə müraciət edəcək

Bakı. 8 sentyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deputatlığa namizədlər tərəfindən xüsusi seçki hesablarının açılması üçün Mərkəzi Bankın sədri Elman Rüstəmova müraciət edəcək.

“Report” xəbər verir ki, bunu MSK-nın bugünkü iclasında Komissiyanın sədri Məzahir Pənahov deyib.

O bildirib ki, seçkidə namizəd olacaq şəxslər üçün hesablar Beynəlxalq Bankın filiallarında açılmalıdır: “Əgər regionda Beynəlxalq Bankın filalı olmazsa, bu zaman "Kapital Bank"ın filialında açılmalıdır. "Kapital Bank"ın sisteminin Beynəlxalq Banka uyğunlaşdırılması üçün Mərkəzi Bankın sədrinə müraciət olunacaq”.

Son xəbərlər

Orphus sistemi