Bakı. 13 may. REPORT.AZ/ İndiyədək 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə iştirak etmək istəyən bir nəfərin namizədliyi qeydə alınıb.
“Report”un xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib.
O bildirib ki, bu, hakim Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanovdur.
MSK sədri bildirib ki, indiyədək 12 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib: “Onlardan 4 nəfəri imza vərəqələrini dairə seçki komissiyasına təqdim edib”.