Məzahir Pənahov: “İctimai-siyasi sabitliyi pozmağa cəhd edənlərə əsas vermirik”

Məzahir Pənahov: “İctimai-siyasi sabitliyi pozmağa cəhd edənlərə əsas vermirik” “Azərbaycanda seçkilər tam şəffaf və ədalətli keçirilir”
Daxili siyasət
29 İyun , 2016 16:39
Məzahir Pənahov: “İctimai-siyasi sabitliyi pozmağa cəhd edənlərə əsas vermirik”

Bakı. 29 iyun. REPORT.AZ/ “Seçkilər zamanı çalışırıq ki, Seçki Məcəlləsinə, qanunvericiliyə əməl edilsin. Biz bunu etməklə seçkidən istifadə edərək ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərənlərə əsas vermirik”.

“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın iclasında deyib.

O bildirib ki, kimlərəsə seçkidən öz maraqları üçün istifadə etməyə yol verilməməlidir: “Azərbaycanda seçkilər tam şəffaf və ədalətli keçirilir. Ümumiyyətlə, seçkilər zamanı həmrəylik nümayiş olunmalıdır”.

Son xəbərlər

Orphus sistemi