Məzahir Pənahov: "Seçkidə hər hansı qalmaqallı hal baş verməyib"

Məzahir Pənahov: "Seçkidə hər hansı qalmaqallı hal baş verməyib" MSK sədri seçkiyə şərait yaradıldığına görə əməyi olan qurumlara minnətdarlıq edib
Daxili siyasət
24 Dekabr , 2014 01:23
Məzahir Pənahov: Seçkidə hər hansı qalmaqallı hal baş verməyib

Bakı. 24 dekabr. REPORT.AZ/ "Məntəqələrdə hansısa hadisələrin baş verməsindən asılı olmayaraq, heç kim bundan sığortalanmayıb. Amma bunu ictimaiyyətə qeyri-adi şəkildə çatdırmaq doğru deyil. Məntəqədə seçki qutusuna kağız atılması ilə bağlı deyə bilərəm ki, biz seçki komissiyasının üzvlərinə tapşırıq veririk ki, müşahidəçilərlə, seçicilərlə aqressiv davranmasınlar. Kimsə qutuya kağız atıbsa, bunun qarşısını seçki komissiyasının üzvləri almalı idi”.

“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 15 saylı Yasamal Seçki Dairəsinin 12 saylı seçki məntəqəsində baş vermiş hadisəyə münasibət bildirərkən deyib.

O deyib ki, seçki qutusuna əlavə kağız atan adam sağlam əqidənin daşıyıcısı deyil:

“Bu cür addımlarla bağlı müvafiq ölçü götürüləcək. Mən bu cür halın baş verməsinə təəssüfləndim”.

M.Pənahov bildirib ki, müşahidəçilərin seçkini izləməsinə şərait yaradılıb:

“Seçkinin şəffaf keçirilməsi üçün məntəqələrdə veb-kameralar qoyulub. Seçkiyə şərait yaradıldığına görə əməyi olan qurumlara minnətdarlığımı bildirirəm. Seçkidə hər hansı qalmaqallı hal baş verməyib”.

Son xəbərlər

Orphus sistemi