Meşə Məcəlləsinə meşə fondu sahələrinin zəbt edilməsi ilə bağlı dəyişiklik qüvvəyə minib

Meşə Məcəlləsinə meşə fondu sahələrinin zəbt edilməsi ilə bağlı dəyişiklik qüvvəyə minib Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi barədə sərəncam imzalayıb
Daxili siyasət
25 İyun , 2016 14:03
Meşə Məcəlləsinə meşə fondu sahələrinin zəbt edilməsi ilə bağlı dəyişiklik qüvvəyə minib

Bakı. 25 iyun. REPORT.AZ/ Meşə Məcəlləsinə meşə fondu sahələrinin zəbt edilməsi ilə bağlı dəyişiklik edilib.

“Report”un məlumatına görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 17 may tarixli 245-VQD nömrəli qanununun tətbiqi barədə sərəncamında öz əksini tapıb.

Sənədə əsasən, meşə fondu sahələrinin özbaşına tutulmasına (zəbt edilməsinə) görə yalnız cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər həmin torpaqları müəyyən edilmiş müddətdə azad etməlidirlər.

Qeyd edək ki, əvvəllər meşə fondu sahələrinin özbaşına tutulmasına (zəbt edilməsinə) görə yalnız cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər deyil, həm də inzibati məsuliyyətə cəlb edilmiş şəxslər həmin torpaqları müəyyən edilmiş müddətdə azad etməlidirlər.

Son xəbərlər

Orphus sistemi