Mərkəzi və yeri icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının əsasnaməsi təsdiqlənib

Mərkəzi və yeri icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının əsasnaməsi təsdiqlənib Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb
Daxili siyasət
3 Fevral , 2016 15:20
Mərkəzi və yeri icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının əsasnaməsi təsdiqlənib

Bakı. 3 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasının mərkəzi və yeri icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında fərman imzalayıb.

"Report" xəbər verir ki, dövlət başçısının imzaladığı digər fərmanla yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının "Nümunəvi Əsasnamə"sini təsdiq edilib.

Əsasnaməyə görə, yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanının sərəncamından, əmrindən, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş şikayətlərə baxan və ictimai əsaslarla (ödənişsiz əsaslarla) fəaliyyət göstərən kollegial orqandır.

Apellyasiya Şurası öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı surətdə fəaliyyət göstərir.

Bu Əsasnamənin məqsədləri üçün “şikayət” dedikdə, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı verilmiş şikayətlər üzrə yerli icra hakimiyyəti orqanının sərəncamından, əmrindən, habelə hərəkət və ya hərəkətsizliyindən tam və ya qismən narazılıq barədə həmin şəxslər tərəfindən Apellyasiya Şurasına verilmiş yazılı müraciət başa düşülür.

Apellyasiya Şurası daxil olan şikayətlərlə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparmaq və işin nəticəsi üzrə müvafiq olaraq əsaslandırılmış şəkildə qərar qəbul etmək, qəbul etdiyi qərarların icrasına nəzarət etmək, baxılan şikayətlərin uçotunu aparmaq, onları təhlil etmək, icmallaşdırmaq və nəticəsi barədə yerli icra hakimiyyəti orqanının başçısına yarımillik və illik arayışlar (hesabatlar) təqdim etmək, əaliyyəti zamanı öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq vəzifəsi daşıyır.

Apellyasiya Şurası daxil olan şikayətlərin araşdırılması zamanı aşkar olunmuş nöqsanların və pozuntuların aradan qaldırılması ilə bağlı yerli icra hakimiyyəti başçısının aparatının, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, yanında olan qurumlarda və tabeliyində olan hüquqi şəxslərin vəzifəli şəxslərinə yazılı göstərişlər verə bilər.

Apellyasiya Şurasının iclaslarının və gündəliyinə daxil edilmiş təkrar şikayətlərin müzakirəsinin video çəkilişi həyata keçirilir və ən az bir il müddətində saxlanılır.

Apellyasiya Şurasının icraatına daxil olan şikayət digər orqanın səlahiyyətlərinə aid olduğu halda, Apellyasiya Şurası şikayətin daxil olduğu vaxtdan ən geci 3 iş günü müddətində şikayəti və ona əlavə olunmuş sənədləri səlahiyyətli orqana göndərir və bu barədə şikayətçiyə yazılı şəkildə əsaslandırılmış məlumat verir.

Son xəbərlər

Orphus sistemi