Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib İclasda bələdiyyə seçkiləri ilə əlaqədar müraciətlərə də baxılıb
Daxili siyasət
11 Yanvar , 2015 19:49
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Bakı. 11 yanvar. REPORT.AZ/ Məzahir Pənahovun sədrliyi ilə bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, əvvəlcə Komissiyanın 7 yanvar və 9 yanvar 2015-ci il tarixlərində keçirilmiş iclaslarının protokolları təsdiq edilib.

İclasda 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə də baxılıb. MSK üzvləri tərəfindən müzakirə edildikdən sonra müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.

Son xəbərlər

Orphus sistemi