AzTV-nin səhmləri ilə bağlı qərarı AMB verəcək

AzTV-nin səhmləri ilə bağlı qərarı AMB verəcək “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) səhmlərinin nominal dəyərinin artırılması və əlavə səhmlərin buraxılması qaydaları Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən ediləcək.
Daxili siyasət
22 Dekabr , 2023 17:10
AzTV-nin səhmləri ilə bağlı qərarı AMB verəcək

Nazirlər Kabineti 18 iyun 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) nizamnaməsində dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, AzTV-nin səhmlərinin nominal dəyərinin artırılması və əlavə səhmlərin buraxılması qaydalarını Azərbaycan Mərkəzi Bankı (AMB) müəyyən edəcək. İndiyə qədər bu məsələ ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətində idi.

Son xəbərlər

Orphus sistemi