Bakı. 26 may. REPORT.AZ/ Prezident İlham Əliyev Mərdan Camalovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
"Report" xəbər verir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Mərdan Talıb oğlu Camalov “Şöhrət” ordeni ilə təltif edilib.
Daha bir sərəncamla Rauf Asif oğlu Əliyev də Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, M.Camalov hazırda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısıdır, R.Əliyev isə AFFA-nın I vitse-prezidenti və Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavinidir.