Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası AXCP fəalının əfv edilməsi üçün Prezidentə müraciət edib

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası AXCP fəalının əfv edilməsi üçün Prezidentə müraciət edib Müraciətdə Asif Yusiflinin Qarabağ qazisi olması vurğulanıb
Daxili siyasət
19 Aprel , 2016 12:03
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası AXCP fəalının əfv edilməsi üçün Prezidentə müraciət edib

Bakı. 19 aprel. REPORT.AZ/ Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası həbsdə olan koalisiya üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Asif Yusiflinin əfv edilməsi üçün Prezident İlham Əliyevə müraciət edib.

“Report”un xəbərinə görə, bu barədə Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının koordinatoru Əliməmməd Nuriyev məlumat verib.

O bildirib ki, müraciətdə A.Yusiflinin Qarabağ qazisi olması vurğulanıb.

Qeyd edək ki, A.Yusifli 2014-cü ilin noyabrında həbs edilib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, vətəndaş Fəridə Zülfüqarovanın 7700 manatının dələduzluq yolu ilə ələ keçirilməsi faktı üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə istintaqdan yayınan Bakı şəhər sakini Asif Yusifov saxlanılıb.

O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunaraq 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi