​Vurğun Əyyub Müsavat Partiyasının Məclis üzvlüyündən xaric edilib

​Vurğun Əyyub Müsavat Partiyasının Məclis üzvlüyündən xaric edilib Toplantıda Vurğun Əyyubun Məclisdə üzvlük məsələsi müzakirə edilib
Daxili siyasət
4 Aprel , 2015 11:53
​Vurğun Əyyub Müsavat Partiyasının Məclis üzvlüyündən xaric edilib

Bakı. 4 aprel. REPORT.AZ/ Müsavat Partiyasının Məclisinin toplantısında Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılması təklif olunub.

“Report”un məlumatına görə, Məclis üzvü Lətafət Məlikova V.Əyyubun üzvlükdən çıxarılmasına etiraz edib. O deyib ki, Nizamnamədə qeyd edilib ki, Məclisin toplantılarına 3 dəfədən artıq qatılmayan çıxarıla bilər: “Vurğun bəy də 3 dəfə iclasa qatılmasa, avtomatik kənarlaşdırılır. Hazırda bunu müzakirə etməyə ehtiyac yoxdur”.

Müsavat başqanın müavini Elman Fəttah isə bildirib ki, V.Əyyub özünü Məclis üzvü hesab etmir və onun adı siyahıdan çıxarılmalıdır: “Vurğun bəy özünü Məclis üzvü hesab etmirsə, onu necə saxlamaq olar?!”

Müsavat Partiyasının sabiq başqanı, Məclis üzvü İsa Qəmbər də Vurğun Əyyubun üzvlükdən çıxarılma məsələsinə münasibət bildirib. O deyib ki, bu məsələni uzatmağa ehtiyac yoxdur: “Vurğun bəy dostumuzdur. O, özünü Məclis üzvü hesab etmir, ona görə də onun adı siyahıdan çıxarılmalıdır. Bu, texniki məsələdir, özünü Məclis üzvü hesab etməyən şəxsin üzvlük məsələsini necə səsverməyə çıxara bilərik? Onu məcburi Məclisdə saxlamaq olmaz. Bu, Müsavat partiyasına da hörmətsizlik olar. Bundan başqa daha ciddi məsələləri müzakirə etməliyik”.

Beləliklə, V.Əyyubun adı Məclis üzvləri siyahısından çıxarılıb.

Qeyd edək ki, V.Əyyub "Report"a açıqlamasında deyib ki, partiyasının indiki rəhbər orqanları legitim olmadığından onların verdiyi qərarlar əhəmiyyətsizdir.

Son xəbərlər

Orphus sistemi