​KXCP qurultayla bağlı təkliflər paketini qəbul edib

​KXCP qurultayla bağlı təkliflər paketini qəbul edib Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib
Daxili siyasət
10 Fevral , 2015 13:46
​KXCP qurultayla bağlı təkliflər paketini qəbul edib

Bakı. 10 fevral. REPORT.AZ/ Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Partiyadan "Report"a verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti dəyərləndirilib, ictimai-siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilib.

Yığıncaqda KXCP-nin növbəti qurultayına hazırlıqla bağlı Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin təkliflər paketi müzakirə edilərək qəbul olunub.

Partiyanın rayon (şəhər) şöbələrinin 2015-ci il parlament seçkilərinə hazırlıqları ilə bağlı dəyərləndirmə aparılıb.

Sonda, KXCP sədri Mirmahmud Mirəlioğlu ictimai-siyasi vəziyyətlə bağlı çıxış edib. 

Son xəbərlər

Orphus sistemi