Lənkəranda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb - FOTO

Lənkəranda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb - FOTO Lənkəranlılar ulu öndərin abidəsini ziyarət edib və önünə gül dəstələri düzüblər
Daxili siyasət
12 Dekabr , 2015 14:44
Lənkəranda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb - FOTO

Bakı. 12 dekabr. REPORT.AZ/ Lənkəranda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb. "Report"un məlumatına görə, ilk olaraq Lənkəran şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov ümummilli liderin abidəsini ziyarət etdikdən sonra ümumxalq ziyarəti başlayıb. 

Heydər Əliyev xatirə parkına gələn lənkəranlılar, ağsaqqallar, ziyalılar, din xadimləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, əmək kollektivlərinin üzvləri, gənclər, tələbələr, idmançılar, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhər İcra hakimiyyətinin rəhbər işçiləri ulu öndərin abidəsini ziyarət edib və önünə gül dəstələri düzüblər.
Daha sonra ziyarət Heydər Əliyev Mərkəzində davam edib. İcra başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının rəhbərləri ulu öndərin həyat və fəaliyyətini əks etdirən stendlərlə bir daha yaxından tanış olub, dahi rəhbərin xatirəsini anıblar.

Son xəbərlər

Orphus sistemi