Lənkəranda avtomobil yolunun tikintisinə 900 min manat ayrılıb

Lənkəranda avtomobil yolunun tikintisinə 900 min manat ayrılıb İlham Əliyev Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi ilə bağlı sərəncam imzalayıb
Daxili siyasət
29 Avqust , 2016 18:18
Lənkəranda avtomobil yolunun tikintisinə 900 min manat ayrılıb

Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran şəhərinin Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sənədə əsasən, on min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 900,0 (doqquz yüz) min manat ayrılıb.

Maliyyə Nazirliyinə və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi