Lənkəranda 20 Yanvar faciəsi qurbanları yad edilib

Lənkəranda 20 Yanvar faciəsi qurbanları yad edilib Taleh Qaraşov 20 Yanvar hadisələrində şəhid olanların ailə üzvləri ilə görüşüb
Daxili siyasət
20 Yanvar , 2016 17:53
Lənkəranda 20 Yanvar faciəsi qurbanları yad edilib

Bakı. 20 yanvar. REPORT.AZ/ Lənkəran şəhərində 20 Yanvar faciəsi qurbanları yad edilib. “Report”un məlumatına görə, bu gün səhər saatlarından başlayaraq Lənkəranın Şəhidlər Xiyabanı Abidə Kompleksində böyük izdiham yaşanıb.

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov kompleksin önünə gələrək abidəni ziyarət edib və önünə gül dəstələri düzüb.

Daha sonra ümumrayon ziyarəti başlayıb. Ziyarətə gələnlər – Lənkəran ŞİH-in rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, habelə ictimaiyyətin nümayəndələri kompleksin önünə gül-çiçək dəstələri düzərək şəhidlərin xatirəsini ehtiramla yad edib.

İcra başçısı Taleh Qaraşov 20 Yanvar hadisələrində şəhid olanların ailə üzvləri ilə görüşüb. Şəhid ailələrinə maddi və ərzaq yardımları paylanılıb.

Qeyd edək ki, yanvarın 20-də Lənkəran rayonu ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endirilib, Bakı vaxtı ilə saat 12:00-da rayonun bütün ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrində səs siqnalları verilib. 

Son xəbərlər

Orphus sistemi