​KXCP qurultayın keçirilməsinə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

​KXCP qurultayın keçirilməsinə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib Partiya qurultaya Gənc Tamaşaçılar Teatrı, Akademik Milli Dram Teatrı və Şəhriyyar adına keçmiş Mədəniyyət Sarayınıda yer ayrılmasını istəyib
Daxili siyasət
13 İyul , 2015 11:08
​KXCP qurultayın keçirilməsinə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

Bakı. 13 iyul. REPORT.AZ/ Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) avqustun 1-nə planlaşdırılan III qurultayının keçirilməsinə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.

KXCP sədrinin müavini Xəzər Teyyublu "Report"a açıqlamasında deyib ki, bu, qurultayla bağlı sayca ikinci müraciətdir: "Bakı Şəhər İcra Hakimiyyətinə əvvəlki müraciətimizdə qurultayın Gənc Tamaşaçılar Teatrında, Akademik Milli Dram Teatrında və ya Şəhriyyar adına keçmiş Mədəniyyət Sarayında keçirilməsinə razılıq verilməsini istəmişdik. Amma qurumdan bizə bildirdilər ki, həmin yerlər icra hakimiyyətinin balansında deyil. Bunu nəzərə alıb yenidən müraciət etdik, cavab gözləyirik".

X.Teyyublu qeyd edib ki, KXCP-nin əksər rayon şöbələrində Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin (QHTK) icları keçirilib: "Qurultayla bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. Partiya sədrliyinə namizədlər qurultay günü irəli sürəcək. Hazırda yalnız Mirmahmud Mirəlioğlu KXCP sədrliyinə iddialıdır, biz ona alternativ görmürük".

Son xəbərlər

Orphus sistemi