Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib Cəbrayıl Rayon Məhkəməsinin müraciəti icraata qəbul olunub
Daxili siyasət
6 İyun , 2016 15:40
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Bakı. 6 iyun. REPORT.AZ/ Azərbaycan Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Bu barədə “Report”a məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

İclasda Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair Cəbrayıl Rayon Məhkəməsinin müraciətinə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyunun 29-na təyin edilən iclasında baxılacaq.

Son xəbərlər

Orphus sistemi