​Kəmaləddin Heydərov sahibkarlarla görüşüb - FOTO

​Kəmaləddin Heydərov sahibkarlarla görüşüb - FOTO Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şura yaradılacaq
Daxili siyasət
16 Fevral , 2016 15:38
​Kəmaləddin Heydərov sahibkarlarla görüşüb - FOTO

Bakı. 16 fevral. REPORT.AZ/ Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda sahibkarlarla görüşüb.

“Report”un xəbərinə görə, görüşdə tikinti şirkətlərinin rəhbərləri və dövlət qurumlarının nümayəndələri iştirak edib.

Sahibkarlar nazirlə görüşdə onları narahat edən problemlərə toxunublar, təkliflər səsləndiriblər. Bildirilib ki, tikinti sahəsindəki əsas problem texniki şərtlərin çətinliklə verilməsidir.

Nazir bütün bu problemlərin aradan qaldırılacağını bildirib. O deyib ki, sahibkarlar da bu işdə məsuliyyətli olmalıdır: “Elektron xidmətlər vasitəsilə sahibkarlara daha əlverişli şərait yaradılacaq. Yəni bir sahibkar əlində qovluq dövlət orqanlarını gəzməyəcək. Bunlar elektron şəkildə həyata keçiriləcək”.

K.Heydərov qeyd edib ki, tikinti sahəsinə ictimai nəzarətin olması vacibdir: “Bu məqsədlə Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şura yaradılacaq. Bu istiqamətdə atılan addımlar səmərə verəcək”.

Son xəbərlər

Orphus sistemi