​Kəmaləddin Heydərov Maastrixt Menecment Məktəbinin prezidenti ilə görüşüb

​Kəmaləddin Heydərov Maastrixt Menecment Məktəbinin prezidenti ilə görüşüb Rene van der Linden: "Qarşılıqlı səfərlərin həyata keçirilməsi ikitərəfli faydalı əməkdaşlığın inkişafına təkan verir"
Daxili siyasət
19 May , 2016 19:05
​Kəmaləddin Heydərov Maastrixt Menecment Məktəbinin prezidenti ilə görüşüb

Bakı. 19 may. REPORT.AZ/ Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Maastrixt Menecment Məktəbinin prezidenti Rene van der Lindenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Məlumata görə, K.Heydərov Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verib. Niderlandın uyğun qurumları ilə əməkdaşlıqdan bəhs edən K.Heydərov bildirib ki, su resurslarının idarə olunması və daşqınların qarşısının alınması istiqamətində sıx əməkdaşlıq mövcuddur.

Rene van der Linden bildirib ki, qarşılıqlı səfərlərin həyata keçirilməsi ikitərəfli faydalı əməkdaşlığın inkişafına təkan verir.

Görüşdə Niderland Krallığının Limburq əyalətinin iqtisadiyyat və bilik infrastrukturu naziri Tvan Beurskens uyğun sahələr üzrə əməkdaşlığın inkişafına dair fikirlərini bölüşüb.

Son xəbərlər

Orphus sistemi