Kəmaləddin Heydərov Daşkəsəndə vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov Daşkəsəndə vətəndaşları qəbul edəcək Qəbul şəhərin Dövlət Arxivi İdarəsinin binasında keçiriləcək
Daxili siyasət
25 Aprel , 2015 13:48
Kəmaləddin Heydərov Daşkəsəndə vətəndaşları qəbul edəcək

Bakı. 25 aprel. REPORT.AZ/ Fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 29-da Daşkəsən şəhərində vətəndaşları qəbul edəcək. 

FHN-dən "Report"a verilən məlumata görə, şəhərin Dövlət Arxivi İdarəsinin binasında keçiriləcək qəbulda yalnız Gəncə şəhərinin, Daşkəsən, Gədəbəy, Göygöl və Samux rayonlarının sakinlərinin, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılacaq.

Yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərin baxılacağı qəbula gələn vətəndaşların qeydiyyatı Dövlət Arxivi İdarəsinin binasında aprelin 28-də saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. 

Son xəbərlər

Orphus sistemi