​AXCP-nin qurultayının keçiriləcəyi tarix məlum olub

​AXCP-nin qurultayının keçiriləcəyi tarix məlum olub Bu barədə AXCP Rəyasət Heyətinin toplantısında qərar verilib
Daxili siyasət
8 Sentyabr , 2015 09:36
​AXCP-nin qurultayının keçiriləcəyi tarix məlum olub

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayı sentyabrın 27-də keçiriləcək.

Partiyadan "Report"a verilən məlumata görə, bu barədə AXCP Rəyasət Heyətinin sonuncu toplantısında qərar qəbul olunub.

Belə ki, iclasda partiyanın VI (IX) Qurultayına hazırlıq məsələsi müzakirə olunub.

Qurultaya hazırlıqla əlaqədar yerli təşkilatlarda keçirilən hesabat-seçki konfransları barədə məlumatlar diqqətə çatdırılıb. Məlumat verilib ki, yerli təşkilatların əksəriyyətində qurultaya hazırlıq konfransları başa çatıb, yerli rəhbərliklər və qurultaya nümayəndələr seçilib.

Rəyasət Heyəti konfranslarla bağlı məlumatları nəzərə alaraq AXCP-nin VI (IX) Qurultayını sentyabrın 27-nə keçirməyə qərar verib. Qərara alınıb ki, həmin tarixdə partiya qurultayın Səttar Bəhlulzadə adına mədəniyyət evində keçirməyə şərait yaradılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət olunsun.

Son xəbərlər

Orphus sistemi