Keçən il MSK dövlət büdcəsindən aldığı vəsaitin 386 min manatını geri qaytarıb

Keçən il MSK dövlət büdcəsindən aldığı vəsaitin 386 min manatını geri qaytarıb Büdcə vəsaitləri üzrə 900 manat debitor borc yaranıb
Daxili siyasət
27 May , 2016 16:34
Keçən il MSK dövlət büdcəsindən aldığı vəsaitin 386 min manatını geri qaytarıb

Bakı. 27 may. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyası (MSK) üzrə 2015-ci ildə Milli Məclisə seçkilərin keçirilməsi ilə bağlı hesabat ilində təsdiq olunmuş təyinata qarşı 41 769,6 min manat maliyyələşmə açılıb, 41 729, 3 min manat və ya təyinatın 99,98 faizi həcmində kassa xərci və 41 412,8 min manat faktiki xərc olub.

"Report" xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2015-ci ildə dövlət büdcəsinin icrası haqqında" Azərbaycanın qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd olunub.

Ötən il sərf edilmiş vəsaitin 14 125,6 min manatı əməyin ödənişi xərclərinə, 27 173,8 min manatı malların (işlərin və xidmətlərin) satın alınmasına, 276,6 min manatı digər xərclərə, 153,3 min manatı qeyri-maliyyə aktivlərinin alınmasına yönəldilib. Açılmış maliyyələşmədən ilin sonunda 40,3 min manat vəsait istifadə edilməyərək geri qaytarılıb.

MSK üzrə 2015-ci ildə digər seçki tədbirlərinin keçirilməsi məqsədilə təsdiq olunmuş təyinata qarşı 12 283,6 min manat maliyyələşmə açılıb, 11 897,6 min manat həcmində kassa xərci və 12 032,8 min manat faktiki xərc olub.

2015-ci ildə sərf edilən vəsait 2014-cü illə müqayisədə 8 107,3 manat çox olub.

Sərf edilən vəsaitin 9 870,1 min manatı əməyin ödənişi xərclərinə, 1 833,4 min manatı malların satın alınmasına, 9 min manatı təqaüdlər və sosial müavinətlərə, 30,7 manatı digər xərclərə, 154,4 min manatı qeyri-maliyyə aktivlərinin alınmasına yönəlib. Açılmış maliyyədən ilin sonunda 386 min manat və ya 3,1 faiz vəsait istifadə edilməyərək geri qaytarılıb.

Hesabat ilinin sonunda büdcə vəsaitləri üzrə 900 manat kommunal və kommunikasiya xidmətlərinin ödənilməsi üzrə debitor borc yaranıb.

Son xəbərlər

Orphus sistemi