Bakı. 11 mart. REPORT.AZ/ "IV Qlobal Bakı Forumu dünya üçün mühüm əhəmiyyət kəsb edir". "Report"un məlumatına görə, bunu Kolumbiyanın sabiq prezidenti Andres Pastrana deyib.
O qeyd edib ki, Forum fikir mübadiləsi aparmaq, dünyanın müxtəlif regionlarında baş verən proseslər və mövcud problemlər haqqında məlumat əldə etmək üçün çox yaxşı bir məkandır: "Forumda hazırkı və sabiq prezidentlər, baş nazirlər və bir çox ekspertlər iştirak edir, fikir mübadiləsi aparır. Dünyanın bütün regionlarından olan insanlar Forumda təmsil olunur. Forumda ildən-ilə daha çox insan iştirak edir".
Sabiq prezident əlavə edib ki, Qlobal Bakı Forumunun əhəmiyyəti getdikcə daha da artır və bütün dünya bu barədə məlumat alır.