İqtidar-müxalifət nümayəndələrinin növbəti görüşü başlayıb

İqtidar-müxalifət nümayəndələrinin növbəti görüşü başlayıb Prezident Administrasiyasının təşəbbüsü ilə bir qrup müxalifət partiyalarının sədrləri ilə görüş keçirilir
Daxili siyasət
12 Fevral , 2015 11:11
İqtidar-müxalifət nümayəndələrinin növbəti görüşü başlayıb

Bakı. 12 fevral. REPORT.AZ/ Bakıda Azərbaycan Prezident Administrasiyasının təşəbbüsü ilə bir qrup müxalifət partiyalarının sədrləri ilə görüş keçirilir. "Report"un məlumatına görə, görüşdə iqtidar tərəfdən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev iştirak edib.

Müxalifət tərəfdən isə görüşdə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev, Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, deputat Fərəc Quliyev, Azərbaycan Vahid Kommunist Partiyasının sədrinin birinci müavini Musa Tükənov və Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov iştirak edir.

Görüş jurnalistlərin iştirakı olmadan davam etdirilib.

Xatırladaq ki, iqtidarla müxalifət partiyaları arasında ilk görüş 2014-cü il dekabrın 13-də keçirilib.

Son xəbərlər

Orphus sistemi